Bayramov və Lavrov Moskvada danışıqlara başlayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada danışıqlara başlayıb.
Görüş nazirlərin təkbətək formatda söhbəti ilə başlayıb. Daha sonra müzakirələrin geniş tərkibdə davam etdirilməsi nəzərdə tutulub.
Gündəlikdə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, həmçinin aktual regional və beynəlxalq məsələlər yer alır.
Danışıqlardan sonra iki xarici işlər nazirinin birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.