Bu şəxslərə ev veriləcək

Bu şəxslərə ev veriləcək

Azərbaycanda əlilliyi təsdiqlənmiş şəxslər və şəhid ailələrinin mənzil təminatı ilə bağlı yeni addım atılıb.

Məlumata əsasən, bu istiqamətdə müvafiq proseslərə başlanılıb. Layihə çərçivəsində Saatlı rayonunda 18 üçotaqlı və 27 ikiotaqlı, Salyan rayonunda isə 18 üçotaqlı və 9 ikiotaqlı mənzilin alınması planlaşdırılır.

Qeyd olunur ki, sözügedən mənzillərin satınalınması üçün ilkin olaraq 5 milyon 464 min 800 manat vəsait ayrılması nəzərdə tutulub.