Ərdoğan NATO sammitində Makronla görüşüb

Ərdoğan NATO sammitində Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ev sahibliyi ilə Prezident Administrasiyası Külliyəsində keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla mətbuata qapalı görüş keçirib. Görüşdə Ərdoğanı xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, AK Partiya sədrinin müavini və partiya sözçüsü Ömer Çelik, MİT sədri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Prezidentin şəxsi katibi Hasan Doğan və xarici siyasət və təhlükəsizlik üzrə baş müşavir Akif Çağatay Kılıç da müşayiət edib.