Ərdoğan Pezeşkianla telefonla danışıb
Prezident Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. Görüşdə Türkiyə-İran ikitərəfli münasibətləri, həmçinin regional və qlobal proseslər müzakirə olunub. Ərdoğan bölgədəki münaqişələr səbəbindən Qurban bayramının kədərli şəraitdə qarşılandığını bildirib. O, İran xalqının bu çətin dövrü geridə qoyaraq əmin-amanlığa qovuşacağına inandığını ifadə edib. Türkiyənin sülh və sabitliyin təmin olunması məqsədilə qardaş ölkələrlə birlikdə çalışmağı davam etdirdiyini qeyd edən Ərdoğan danışıqların müsbət nəticələnməsi üçün hər cür dəstəyi verməyə davam edəcəklərini söyləyib. Ərdoğan həmçinin Pezeşkianı Qurban bayramı münasibətilə təbrik edib.