Husilər Səudiyyə Ərəbistanında hava limanı və Aramco obyektini hədəfə aldı
Yəməndəki İran dəstəkli Husi qrupları Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Nəcran hava limanında həssas bir nöqtəni və ölkədəki Aramco obyektini pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb. Husi qruplaşmasının hərbi sözçüsü Yəhya Sari cümə axşamı həyata keçirilən iki PUA hücumu barədə məlumat verib. Səudiyyə Ərəbistanı hələlik bu açıqlama ilə bağlı təsdiq verməyib.
Teqlər: