İlham Əliyev Məsud Pezeşkiana təşəkkürünü bildirib
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana Azərbaycan haqqında söylədiyi isti və səmimi sözlərə görə təşəkkürünü bildirib. Əliyev X sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, Azərbaycan və İran xalqları çətin dövrlərdə hər zaman bir-birinə dəstək olublar. O vurğulayıb ki, regionda son hadisələr fonunda Azərbaycan qardaş İran xalqı ilə həmrəyliyini təsdiqləyib.
Teqlər: