İran ABŞ-la mesaj mübadiləsini dayandırdı

İran ABŞ-la mesaj mübadiləsini dayandırdı

İran İsrailin Livana hücumları səbəbindən ABŞ-la danışıqlar çərçivəsində mesaj mübadiləsini dayandırdığını açıqlayıb. İranın danışıqlar heyəti vasitəçilər vasitəsilə aparılan görüşləri və sənəd mübadiləsini dayandıracaq. Bu addım Vaşinqtonla Tehran arasında gərginliyin artmasının göstəricisi kimi qiymətləndirilib.

Tərəflər atəşkəsin uzadılmasını və Hörmüz boğazı üzərindən Fars körfəzi enerji ixracının bərpasını nəzərdə tutan saziş layihəsinə dəyişikliklərlə bağlı qarşılıqlı mesaj mübadiləsi aparırdı. Lakin Tehran Vaşinqtonu ziddiyyətli siqnallar verməkdə və danışıqları uzatmaqda ittiham edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin ABŞ-la etimadsızlıq şəraitində danışıqları davam etdirdiyini bildirib.

Prezident Donald Trump isə iki ölkə arasında gərginlik davam etsə də, müvəqqəti sülh sazişi ilə bağlı danışıqların müsbət nəticələnəcəyini ifadə edib.

İranla ABŞ arasında mesaj mübadiləsinin dayanması neft bazarında kəskin bahalaşmaya səbəb olub. Brent neftinin qiyməti yüzde 5-i aşan artımla barel üçün 96 dollara qədər yüksəlib. Brent nefti ötən həftəni yüzde 11-dən çox itki ilə başa vurmuşdu. Qərbi Texas tipli xam neftin qiyməti isə 92 dolları keçib. Hörmüz boğazında daşımaların yavaşlaması Brent nefti üzrə fyuçerslərdə ilin əvvəlindən bəri yüzde 30-dan çox artıma səbəb olub. Qızılın qiyməti isə yüzde 1,8 azalıb.