İran ABŞ-la Ərbildə gizli görüş xəbərlərini təkzib edib

İran ABŞ-la Ərbildə gizli görüş xəbərlərini təkzib edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran və ABŞ arasında Ərbildə gizli görüş keçirilməsi barədə xəbərləri təkzib edib və onları tamamilə uydurma adlandırıb.

Bəqayi ABŞ mediasında yayılan, ABŞ ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında İraqdakı Kürdüstan Regional Hökuməti vasitəsilə qeyri-rəsmi təmasın baş tutduğu barədə iddiaları rədd edib.

O, bu xəbərləri media manipulyasiyasının forması və İranın qərar qəbul edən qurumları daxilində parçalanma yaratmağa yönəlmiş psixoloji əməliyyat kimi qiymətləndirib.