İran hava məkanının bağlanmasını təkzib edib
İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanının bağlanması barədə iddiaları təkzib edib. Təşkilat yeni NOTAM, yəni pilotlar üçün bildirişlə bağlı yayılan iddiaların yalan olduğunu bildirib. Açıqlamaya görə, İranın hava məkanı normal şəraitdə fəaliyyət göstərir və uçuşlar planlaşdırıldığı kimi davam edir.