İran Hörmüzdə nəzarət sərhədlərini açıqladı
İran Hörmüz boğazında nəzarət altında olan sərhədlərini açıqlayıb. İranın Hörmüz boğazındakı keçidləri tənzimləmək məqsədilə yaratdığı Fars Körfəzi Su Yolu İdarəsi nəzarət sahəsini müəyyən edib. Buna görə, nəzarət zonası şərqdə İrandakı Mübarək dağı bölgəsi ilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Cənubi Füceyrə xətti arasında yerləşir. Qərbdə isə sərhəd İrandakı Qeşm adası ilə BƏƏ-dəki Umm əl-Qayveyn arasındakı xətt kimi müəyyənləşdirilib.
İran İnqilab Keşikçiləri Ordusunun Hərbi Dəniz Qüvvələri Komandanlığının 4 mayda yayımladığı xəritədə də eyni sərhədlər göstərilib. Bu addım Hörmüz boğazındakı keçidlərin İranın nəzarətində olduğu mesajını gücləndirir.
Teqlər: