İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə yola düşüb
İran nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq üçün İsveçrənin Sürix şəhərinə gəlib. Nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Təhlükəsizlik Şurası sədrinin müavini Əli Baqeri Kəni və Mərkəzi Bankın sədri Əbdülnasir Hemməti daxildir. Müzakirələr ikitərəfli anlaşma memorandumunun şərtlərinə yönələcək.