İrandan Hörmüz boğazı ilə bağlı yeni açıqlama
İran Hörmüz boğazından keçidləri nəzarətdə saxlamaq və ödəniş tətbiq etmək məqsədilə qurum yaradıldığını açıqlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri Komandanlığı Hörmüz boğazının idarə olunmasına cavabdeh qurumun yaradıldığını açıqlayıb.
ABŞ mərkəzli X sosial media platformasında yaradılan qurumla bağlı “Hörmüz Boğazı Su Yolu İdarəsi” (Persian Gulf Strait Authority- PGSA) adlı rəsmi hesab açılıb. Boğazdan keçidlərlə bağlı yeniliklərin həmin hesab üzərindən izlənilməsi istənilib.
İran dövlət televiziyası Press TV, 5 mayda boğazdan keçmək istəyən gəmilərin "[email protected]" ünvanından elektron məktub alaraq Hörmüz boğazından keçid qaydaları barədə məlumatlandırılacağını bildirmişdi. Qeyd olunmuşdu ki, gəmilər bu çərçivəyə uyğun olaraq keçid icazəsi ala biləcəklər.
Teqlər: