İsrail və Hizbullah arasında atəşkəs əldə olunub
İsrail və Hizbullah arasında atəşkəs razılaşması əldə olunub. Atəşkəs yerli vaxtla 16:00-dan etibarən qüvvəyə minib.
İran İsrailin Livanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumları pisləyib və bu hücumların ciddi nəticələr doğuracağı barədə xəbərdarlıq edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrailin müharibəni qızışdırdığını bildirib və hücumlarda ABŞ-ın birbaşa məsuliyyət daşıdığını qeyd edib.
İran Livanın maraqlarının qorunması üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb. İranın xarici işlər naziri Abbas Əraqçi isə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin açıqlamalarını soyqırımı tərəfdarlığı kimi qiymətləndirib. O, bu mövqeyin bütün bəşəriyyət üçün təhlükə yaratdığını ifadə edib.