Kamboca baş naziri CICA sammiti üçün Bakıya gələcək
Kamboca baş naziri Hun Manetin oktyabrda Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) VII Sammitində iştirak etmək üçün Azərbaycana səfəri planlaşdırılır. Bu səfər iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsi baxımından mühüm addım hesab olunur.
Bu barədə 17 iyulda Prezident İlham Əliyevin Kamboca Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul etməsi zamanı məlumat verilib. Tərəflər baş nazirin səfərinin siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacağına nikbinlik ifadə ediblər.
CICA Asiya üzrə əməkdaşlığın, sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş hökumətlərarası forumdur.
Teqlər: