Kiyevdə dağıntılar altından çıxarılanlar itkiləri yenidən artırdı

Kiyevdə dağıntılar altından çıxarılanlar itkiləri yenidən artırdı

Kiyevə Rusiya zərbəsi nəticəsində ölənlərin sayı 30-a yüksəlib. Darnıtski rayonunda yaşayış binasının dağıntıları altından daha 3 nəfərin cəsədi çıxarılıb.

Hücum 1-2 iyul gecəsi baş verib. Həmin vaxt Rusiya qüvvələri Ukraynaya qarşı müxtəlif tipli zərbə PUA-ları, eləcə də hava, quru və dənizdən buraxılan raketlərdən istifadə etməklə genişmiqyaslı kombinə edilmiş hücum həyata keçirib.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri 570 hava hədəfindən 524-nü zərərsizləşdirib. Lakin 25 ballistik raket və 12 zərbə dronu hədəflərinə çatıb. Hücumun əsas istiqaməti Kiyev olub.

2 iyul günorta saatlarına olan məlumata görə, 27 nəfərin öldüyü, təxminən 90 nəfərin yaralandığı bildirilib. Dağıdılmış binadan əlavə qurbanların çıxarılmasından sonra ölənlərin sayı artıb.