Latviya və Litva Hörmüz missiyasına qoşula bilər

Latviya və Litva Hörmüz missiyasına qoşula bilər

Latviya və Litva Avropa İttifaqının Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək missiyasında iştirak etməyə hazır olduqlarını bildirib. Bununla yanaşı, ölkələr NATO-nun “şərq cinahı”nın təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayır.

Litvanın müdafiə naziri Robertas Kaunas Hörmüz boğazındakı missiyanı Vilnüs üçün “çox əhəmiyyətli” adlandırıb. O qeyd edib ki, əsas təhlükə şərqdən, Rusiya və Belarus tərəfindən gəlir. Latviya da missiyada iştirak üçün öz resurslarını təqdim etməyə hazırdır. Riqa artıq Yəmənli husi üsyançılarının hücumlarından gəmiçiliyi qorumağa yönəlmiş Qırmızı dənizdəki Aİ hərbi-dəniz missiyasına dəstək göstərir.

Hazırda Fransa və Böyük Britaniyanın rəhbərliyi ilə 40-dan çox ölkə Yaxın Şərqdə döyüş əməliyyatları başa çatdıqdan sonra regionda gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi planlar hazırlayır. İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Hörmüz boğazı ölkənin hərbi-dəniz qüvvələri ilə əməkdaşlıq edən hər kəs üçün açıqdır.