Naxçıvan-Iğdır marşrutu ilə 673 sərnişin daşınıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən açıqlanan məlumata görə, 5 mart 2026-cı ildə Naxçıvan Beynəlxalq Hava Limanında uçuşların dayandırılmasından sonra 673 sərnişin Naxçıvan və Iğdır arasında xüsusi avtobuslarla daşınıb.
Qurumun məlumatına əsasən 6 mart tarixinə qədər Bakı ilə Iğdır arasında ümumilikdə 19 aviareys həyata keçirilib. Həmin reyslərlə gələn sərnişinlər Iğdır hava limanından Naxçıvan Avtovağzalına xüsusi avtobuslarla ödənişsiz şəkildə çatdırılıb.
Sərnişin daşımalarının təşkili üçün 7 iri tutumlu avtobus cəlb edilib və ehtiyat nəqliyyat vasitələri də hazır vəziyyətdə saxlanılır. Bu marşrut üzrə daşımaların fasiləsiz davam etdiyi bildirilib.
Xatırladaq ki, İranın dron hücumundan sonra təhlükəsizlik səbəbilə Naxçıvan hava limanında bütün uçuşlar müvəqqəti dayandırılıb. Bununla əlaqədar AZAL reysləri Iğdır hava limanına yönləndirib və sərnişinlərin Naxçıvana çatdırılması üçün avtobus marşrutu təşkil edilib.
Teqlər: