Nepalda daşqın qurbanlarının sayı 270 nəfərə çatıb
Nepalın şimal rayonlarında baş verən daşqın nəticəsində ölənlərin sayı 270 nəfərə çatıb. Bu barədə polis nümayəndəsi məlumat verib.
Xilasedicilər Rasuva rayonunda, Bhote-Koşi çayı sahilindəki daşqın zonasından təxminən 336 nəfəri hava yolu ilə təxliyə edib. Onların arasında altı ölkədən olan 45 əcnəbi də var.
Xilasetmə əməliyyatı təxminən 4 min hərbçinin iştirakı ilə davam edir. Onlar zərərçəkənlərə təcili tibbi yardım göstərir və humanitar yardımlar paylayırlar.
Teqlər: