Osman Xalıyev İpoteka Fonduna sədr təyin olundu

Osman Xalıyev İpoteka Fonduna sədr təyin olundu

Osman İsmayıl oğlu Xalıyev Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Təyinat Prezident İlham Əliyevin imzaladığı sərəncamla həyata keçirilib.

Xalıyev bundan əvvəl Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Osman Xəliyev 1985-ci ildə Sumqayıtda anadan olub. O, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini İqtisadi kibernetika ixtisası üzrə bitirib. 2010-cu ildə həmin universitetdə İnformasiya texnologiyalarının idarə edilməsi üzrə magistr təhsilini başa vurub. 2012-2014-cü illərdə ABŞ-də Brandeis Universitetində MBA dərəcəsi alıb.

Onun əmək fəaliyyəti bank sektorunda başlayıb. 2010-2011-ci illərdə Access Bank-da əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə isə Azərbaycan Mərkəzi Bankında mütəxəssis vəzifəsində çalışıb. 2014-2015-ci illərdə Bostonda Global Atlantic Partners LLC şirkətində məsləhətçi işləyib. 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərdə biznesin inkişafı və direktor vəzifələrini tutub.