Peskov Ermənistana seçim çağırışı edib

Peskov Ermənistana seçim çağırışı edib

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ermənilər Avropa İttifaqına, yoxsa Avrasiya İqtisadi İttifaqına qoşulmaq arasında seçim etməlidirlər. O qeyd edib ki, Ermənistan qanunvericiliyi hökuməti və dövlət qurumlarını Avropaya inteqrasiya kursu aparmağa məcbur edir. Peskov vurğulayıb ki, Ermənistana tədarük olunan qaza endirimlər Rusiyanın hesabına təmin edilir. O, bunu iki ölkə arasındakı sıx əlaqələr fonunda Rusiyanın Ermənistanın inkişafına töhfəsi kimi xarakterizə edib. Peskov Ermənistanla qaz sazişlərinin mümkün ləğvi barədə sualları “Qazprom”a yönləndirib.