Peskov: Rusiya Türkiyənin vasitəçiliyi ilə danışıqlara açıqdır
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həllinə yönəlmiş danışıqların Türkiyənin vasitəçiliyi ilə yenidən başlanmasına açıq olduqlarını bildirib. Peskov deyib: “Türk dostlarımızın Ukrayna ilə bağlı vəziyyətin sülh yolu ilə həlli istiqamətində təşəbbüsləri davam etdirməyə hazır olduğunu bilirik. Bu məsələdə Türkiyə tərəfinə minnətdarıq”. Bununla belə, o, qısa müddətdə danışıqların yenidən başlanacağına dair gözləntilərinin olmadığını, buna baxmayaraq, Rusiya tərəfinin bu yola açıq olduğunu vurğulayıb.
Ukrayna hökumətində aparılan dəyişikliklərə münasibət bildirən Peskov bu dəyişikliklərin Rusiya üçün əhəmiyyətli olmadığını deyib. Onun sözlərinə görə, əsas məsələ problemin həlli və maraqların təmin edilməsidir. Ukrayna müdafiə nazirinin dəyişməsi ehtimalına dair isə Peskov belə deyib: “Müdafiə nazirinin kim olmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, sülh yolu ilə həlli və xüsusi hərbi əməliyyatın başa çatmasını təmin edəcək məsuliyyəti üzərinə götürən biri olsun”.
Peskov Yaxın Şərq və Ukrayna məsələlərinin struktur baxımından fərqli və mürəkkəb olduğunu bildirib. O qeyd edib ki, bir çox problem razılaşmalarla asanlıqla həll oluna bilməz, həll yolu isə uzun, mürəkkəb və hərtərəfli proses tələb edir.
Teqlər: