Prezident İlham Əliyev 2026-cı ilin oktyabr çağırışını təsdiqləyib

Prezident İlham Əliyev 2026-cı ilin oktyabr çağırışını təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 1 oktyabrdan 30 oktyabr 2026-cı ilədək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, çağırış zamanı 18 yaşı tamam olmuş 2008-ci il təvəllüdlü vətəndaşlar, həmçinin 1996-2007-ci il təvəllüdlü, 30 yaşadək olan, müddətli həqiqi hərbi xidmət keçməmiş və çağırışdan möhlət, yaxud azad edilmək hüququ olmayan şəxslər çağırılacaq.

Sərəncamda, həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsinə əsasən xidmət müddətini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması nəzərdə tutulub. Nazirlər Kabineti sərəncamın icrası üçün zəruri tədbirlər görməlidir.