Şuşada mədəni və etnik müxtəliflik konfransı başlayıb

Şuşada mədəni və etnik müxtəliflik konfransı başlayıb

Şuşadakı Qarabağ Hotelində “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfrans başlayıb. Tədbir Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, İpək Yolu Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir.

Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstan daxil olmaqla 10 ölkənin nümayəndələri iştirak edir. Tədbirin məqsədi mədəni və etnik müxtəlifliklə bağlı məsələləri müzakirə etmək, tarixdən dərslər çıxarmaq və müasir çağırışları nəzərdən keçirməkdir.