Tramp İrana məxsus dron hücumunu açıqladı

Tramp İrana məxsus dron hücumunu açıqladı

ABŞ Prezidenti Donald Tramp İrana məxsus dörd pilotsuz uçuş aparatının (dron) Hürmüz boğazından keçən tankeri hədəf aldığını irəli sürüb. Tramp bu hücumda bir dronun tankerin yuxarı göyərtəsinə dəydiyini, lakin gəminin hərəkətini davam etdirdiyini bildirib. Digər üç dron isə ABŞ ordusu tərəfindən vurulub. Tramp bu hadisənin atəşkəsin “axmaqcasına pozulması” olduğunu iddia edib.