Tramp İranla bağlı hərbi əməliyyatların davam edəcəyini bildirdi
ABŞ Prezidenti Donald Tramp İranla işlərinin hələ bitmədiyini bildirərək, Tehrana qarşı hərbi əməliyyatların davam edəcəyini deyib. Tramp İran rəhbərliyi "danışıqlara hazır" olana qədər müzakirə aparmayacaqlarını və mümkün razılaşmanın İranın nüvə silahına sahib olmasını qətiyyən nəzərdə tutmayacağını vurğulayıb.
Tramp İranın nüvə fəaliyyəti apardığını iddia etdiyi hər bölgəni hədəfə alacaqlarını bildirərək, "İran hələ heç nə görməyib, yaxın vaxtda İranı ağır şəkildə vuracağıq" deyib. O, İranın Kazma dağı bölgəsinin də ağır zərbələr endiriləcək hədəflər arasında olduğunu ifadə edib.
Tramp Hörmüz boğazındakı blokadaya da toxunaraq, "Hörmüzdəki blokadadan heç kim keçə bilməyəcək" açıqlamasını verib. O, həmçinin İranın Hörmüz boğazı vasitəsilə ABŞ-dakı seçkilərə təsir göstərməyə çalışdığını iddia edib.