Tramp medianı tənqid etdi
ABŞ Prezidenti Donald Tramp İran məsələsindəki mövqelərinə görə Demokrat siyasətçiləri və bəzi ABŞ media qurumlarını tənqid edib. Sosial media hesabında paylaşdığı açıqlamada Tramp Demokratların və bəzi media qurumlarının ABŞ-nin İrana qarşı əldə etdiyi uğurları görməzdən gəldiyini bildirib.
Tramp New York Times, Wall Street Journal və CNN kimi media orqanlarını hədəf alaraq, “Demokratlar və media yollarını tamamilə azıb, açıq şəkildə dəli olublar”, ifadələrini işlədib. Hörmüz boğazındakı hadisələrlə bağlı tənqidlərə cavab verən Tramp bildirib ki, İran ABŞ qarşısında məğlubiyyətlərini qəbul edib təslim olsa belə, bəzi media qurumları bunu İranın qələbəsi kimi təqdim edə bilər.
Tramp ABŞ-nin İrana qarşı hücumları başlayandan bəri sosial mediada və mətbuat konfranslarında Demokratların və medianın sərt tənqidlərinə oxşar reaksiyalar verir.
Teqlər: