Tramp Türkiyəyə F-35 satışına etirazı rədd etdi

Tramp Türkiyəyə F-35 satışına etirazı rədd etdi

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışına etirazına sərt cavab verib. Tramp “Heç kim mənə kimə nəyi satıb-satmamalı olduğumuzu deyə bilməz. Türkiyə bizim böyük müttəfiqimizdir” ifadəsini işlədib.

Vaşinqtondan Miçiqana gedərkən təyyarədə jurnalistlərə danışan Tramp Türkiyənin onun üçün mühüm müttəfiq olduğunu vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətlərini də qeyd edən Tramp Ankaraya səfərinin çox yaxşı keçdiyini deyib. O, Türkiyənin güclü orduya malik olduğunu və çox sayda əla texnikasının bulunduğunu bildirib.

Tramp Türkiyə ilə İsrail arasındakı problemlərin hamıya məlum olduğunu deyib. O, bu məsələlərin satış qərarına təsir etməyəcəyini bildirib.