Trump Netanyahu ilə Ağ Evdə Türkiyə və İranı müzakirə etdi
ABŞ Prezidenti Donald Trump və İsrail Baş naziri Binyamin Netanyahu Ağ Evdə bir araya gəlib. Görüşdən sonra açıqlamalar “müsbət və səmərəli” kimi qiymətləndirilib. Toplantıda ABŞ vitse-prezidenti JD Vance, dövlət katibi Marco Rubio, CIA direktoru John Ratcliffe və Trumpın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff kimi yüksək vəzifəli rəsmilər də iştirak edib.
Görüş mətbuata qapalı keçirilib. Lakin ABŞ Prezidenti Trump əvvəlki açıqlamalarında Netanyahuya yönəlik bəzi tənqidlər səsləndirmişdi. Netanyahu isə Vaşinqton səfəri zamanı Ağ Evin qarşısında etiraz aksiyaları ilə üzləşib.
Trump Türkiyəyə F-35 satışına qarşı çıxan Netanyahuya “Heç kim mənə nə satıb-satmayacağımı deyə bilməz. Türkiyə bizim böyük müttəfiqimizdir” sözləri ilə cavab verib. O, həmçinin İrandakı Kaz dağının hədəf alınması ilə bağlı Netanyahunun açıqlamalarına münasibətdə “Bibinin bunu açıq şəkildə elan etdiyini gördüm. Niyə bunu sadəcə mənə demirsən? Niyə dünyaya elan edirsən?” deyib.
Toplantının əsas gündəmində Türkiyə və İran məsələləri önə çıxıb. Bundan başqa, Hörmüz boğazının vəziyyəti də kritik müzakirə mövzusu kimi qeydə alınıb.
Teqlər: