Trumpdan İran uranı ilə bağlı vacib açıqlama

Trumpdan İran uranı ilə bağlı vacib açıqlama

ABŞ Prezidenti Donald Trump İranın əlindəki zənginləşdirilmiş uranın ya ABŞ-yə gətirilərək məhv edilməli, ya da İranla əməkdaşlıq çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) iştirakı ilə yerində və ya qəbul edilə bilən başqa bir məkanda məhv olunmalı olduğunu açıqlayıb.

Trump sosial media hesabındakı paylaşımında “Zənginləşdirilmiş uran (nüvə tozu) ya dərhal ABŞ-yə təhvil verilərək məhv ediləcək, ya da üstünlük verilən variant kimi İranın koordinasiyası ilə Atom Enerjisi Komissiyası və ya ona bərabər qurumun şahidliyi ilə məhv olunacaq” ifadələrini işlədib.

ABŞ, İsrail və İran arasında davam edən danışıqlarda İranın əlində olan təxminən 400 kiloqram zənginləşdirilmiş uranın taleyi mühüm gündəm mövzusu kimi önə çıxır. Tərəflər atəşkəs prosesi çərçivəsində müharibənin sona çatdırılmasına yönəlmiş müzakirələri davam etdirir.