16 apreldə Avropa birjaları yüksəlib
2026-cı il aprelin 16-da Avropa fond bazarlarında müsbət dinamika müşahidə olunub. STOXX Europe 600 indeksi 0,6% artaraq 612,45 bənd səviyyəsinə yüksəlib. Artım əsasən ABŞ bazarlarında qeydə alınan rekordlar və ABŞ-İran arasında sülh danışıqlarına dair gözləntilərlə dəstəklənib.
Böyük Britaniyada iqtisadi göstəricilər bazarlara əlavə dəstək verib. Mart ayında ÜDM aylıq müqayisədə 0,7% artaraq gözləntiləri (0,5%) üstələyib. Bu fonunda FTSE 100 indeksi 0,8% yüksələrək 10 112 bənd səviyyəsinə çatıb. Artımda xidmət sektoru (0,9%) və tikinti sahəsində (0,6%) genişlənmə əsas rol oynayıb.
Regional bazarlarda da artım qeydə alınıb. DAX 0,4% artaraq 25 000 bənd səviyyəsini keçib, CAC 40 isə 0,5% yüksəlib. Müdafiə və bank sektoru səhmləri enerji qiymətlərində eniş və geosiyasi gərginliyin yumşalması gözləntiləri fonunda ön plana çıxıb.
Qeyd edək ki, ABŞ-İran arasında aparılan danışıqlar və atəşkəsin uzadılması ehtimalları qlobal risk iştahını artırıb. Neft qiymətlərinin sabit qalması və faiz endirimi gözləntilərinin güclənməsi də Avropa bazarlarında optimizmi dəstəkləyib.