ABŞ texnologiya səhmləri Sİ narahatlığı ilə əlaqədar aşağı düşüb

ABŞ texnologiya səhmləri Sİ narahatlığı ilə əlaqədar aşağı düşüb

Cümə günü ABŞ-da texnologiya səhmləri kəskin ucuzlaşıb. İnvestorlar süni intellekt (Sİ) bumunun davamlılığı ilə bağlı narahatlıqlarını artırıb. Bu qorxular Nasdaq və S&P 500 indekslərini aşağı çəkib və sektorda mümkün “balon” ehtimalını yenidən gündəmə gətirib.

Satış dalğası OracleBroadcom kimi iri şirkətlərin gözləntiləri doğrultmayan maliyyə nəticələrindən sonra başlayıb. Bu da Sİ infrastrukturu üçün qoyulan böyük investisiyaların gözlənilən gəliri verib-verməyəcəyi ilə bağlı suallar doğurub. Nasdaq 1,6 faizdən çox, S&P 500 isə 1 faizdən artıq geriləyib. NvidiaPalantir kimi texnologiya nəhənglərinin səhmləri də ciddi itki verib. SanDisk S&P 500 daxilində ən çox dəyər itirən şirkət olub və səhmləri 14,7 faiz düşüb. CoreWeaveOklo kimi infrastruktur şirkətləri də ciddi zərər görüb.

OpenAI rəhbəri Sem Altmanın xəbərdarlıqları və MIT-in araşdırması da bazardakı şübhələri gücləndirib. Araşdırmaya görə, bir çox şirkət generativ Sİ yatırımlarından hələlik ciddi gəlir əldə etmir. Analitiklər bildirir ki, Sİ texnologiyasının potensialı qalır, amma bazardakı həvəs real kommersiya faydasını qabaqlayıb. Xüsusilə artan borclar və infrastruktur problemləri bu riski artırır.

Texnologiya sektorundakı bu eniş əsas indekslərə də təsir edib və həftəni gərgin tamamlayıb. İnvestorlar indi iri texnologiya şirkətlərinin gələcək proqnozlarına diqqətlə baxır. Əsas sual isə budur: SO yüksəlişi davam edəcək, yoxsa bazarı daha dərin dəyişikliklər gözləyir?

Teqlər: