Bill Gates-dən qış üçün 5 kitab tövsiyyəsi
Microsoft-un həmtəsisçisi Bill Qeyts 26 noyabr 2025-ci ildə Gates Notes bloqunda özünün ənənəvi qış kitab siyahısını paylaşıb. O, həyatın sonrakı mərhələsində məqsəd axtarışı, iqlim həlləri, media innovasiyası, insan davranışı və ABŞ-ın infrastruktur potensialının bərpası kimi mövzuları əhatə edən beş kitab tövsiyə edib. Siyahı daha səssiz keçən bayram günlərində oxuculara düşünmək üçün yeni mövzular təqdim etməyi hədəfləyir.
Qeytsin ilk tövsiyəsi Shelby Van Pelt-in Remarkably Bright Creatures romanıdır. Əsər 70 yaşlı dul qadın Tovanın bir akvariumda ağıllı bir ahtapota qulluq edərkən yenidən həyat mənası tapmasından bəhs edir. O, romanın insanlara təqaüd dövründə məqsəd tapmaq və yaşlanan nəsillər üçün icma dəstəyinin əhəmiyyəti barədə düşünməyə vadar etdiyini qeyd etmişdi.
Hannah Ritchie-nin Clearing the Air: A Hopeful Guide to Solving Climate Change in 50 Questions and Answers kitabı iqlimlə bağlı ən çox verilən suallara məlumat əsaslı cavablar təqdim edir. Müəllif günəş və külək enerjisi, elektrikli nəqliyyat vasitələri, eləcə də az emissiyalı polad kimi innovasiyalarda əldə olunan real irəliləyişləri vurğulayır. Qeyts kitabı “iqlim mövzusunda ən aydın izahlardan biri” kimi səciyyələndirmişdi.
Mediya rəhbəri Barry Diller-in Who Knew: My Story memuarı televiziyaya xüsusi çəkiliş filmləri və mini-serial formatını gətirməsindən tutmuş Fox Broadcasting-in qurulmasına, eləcə də Expedia və Match.com kimi rəqəmsal platformaların formalaşmasına qədər media sənayesində yaratdığı dəyişiklikləri əhatə edir. Qeyts uzun illər tanıdığı Dillerin cəsarətli qərarlarla bütöv bir sektoru necə dönüştürdüyünü vurğulamışdı.
Steven Pinkerin When Everyone Knows That Everyone Knows…: Common Knowledge and the Mysteries of Money, Power, and Everyday Life kitabı isə ümumi bilginin insanların gündəlik həyatda necə koordinasiya edə bildiyini izah edir. Qeyts bu əsəri insan davranışının mahiyyətini anlamaq üçün “əsas oxu” adlandırmışdı.
Ezra Klein və Derek Thompson-un birgə yazdığı Abundance kitabı ABŞ-da mənzil, enerji infrastrukturu və innovasiyaların geniş tətbiqi sahələrində yaranan tənzimləmə baryerlərini təhlil edir. Qeyts öz qlobal səhiyyə təcrübələri ilə bu tezisləri əlaqələndirərək ideyaların ölçülə bilən sistemlərlə genişləndirilə bilməsinin vacibliyini qeyd etmişdi.
Qeytsin kitab tövsiyələri adətən satışlara nəzərəçarpacaq təsir göstərir. 2012-ci ildə Steven Pinkerin əvvəlki əsərinə verdiyi dəstək Amazon-da satışları 2 000% artırmışdı. Nəşriyyat, media və iqlim texnologiyaları sektorlarında fəaliyyət göstərən investorlar Qeytsin siyahılarının tez-tez miqyaslana bilən innovasiyaları ön plana çıxardığını bildirirlər. Forbes və CNBC-nin son şərhləri siyahının 2025-ci ilin sonunda da güclü təsirə sahib olduğunu göstərir. (CNBC).