IBM bu gün I rüb üzrə nəticələrini açıqlayacaq
IBM bu gün 2026-cı ilin I rüb maliyyə nəticələrini açıqlayır və Wall Street gözləntilərinə görə şirkət həm gəlir, həm də mənfəət artımı göstərə bilər. Analitiklər hər səhm üzrə mənfəətin 1.81 dollar (+13.1% illik artım), gəlirin isə 15.65 milyard dollar (+7.7%) səviyyəsində olacağını proqnozlaşdırır.
Son dövrlərdə ən dəqiq proqnoz verən analitiklər gözləntilərini yuxarı yönəldib. Bu, IBM-in xüsusilə proqram təminatı (software) seqmentində böyüməsi və Confluent ilə bağlı ilkin sinerji effektlərinə olan optimizmi əks etdirir.
Bank of America analitiki Wamsi Mohan şirkətə “Buy” reytinqi verərək 335 dollar hədəf qiymət göstərib və nəticələrin Confluent təsiri ilə güclənəcəyini bildirib. Evercore ISI analitiki Amit Daryanani “Outperform” reytinqi ilə 330 dollar hədəf qiymət müəyyən edib və Sİ inkişafını əsas faktor kimi göstərib. Jefferies analitiki Brent Thill isə “Buy” reytinqinə yüksəldərək 360 dollar hədəf qiymət təyin edib və IBM-in hybrid cloud gücünü vurğulayıb.
Bölmələr üzrə gözləntilər belədir:
- Proqram təminatı gəliri: 7.03 milyard dollar (+11%)
- Məsləhət xidmətləri: 5.28 milyard dollar (+4.2%)
- İnfrastruktur: 3.12 milyard dollar (+8.2%)
IBM son dörd rübdə orta hesabla 7.9% mənfəət sürprizi göstərib. Şirkətin əsas artım driver-ləri süni intellekt həlləri və hybrid cloud xidmətlərinə artan tələbdir.
Teqlər: