Oracle güclü Q3 nəticələri açıqlayıb

Oracle güclü Q3 nəticələri açıqlayıb

Oracle 2026-cı maliyyə ilinin üçüncü rübü üzrə gözləntiləri üstələyən maliyyə nəticələri açıqlayıb.

Şirkətin ümumi gəliri 17,2 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 22% artım deməkdir. Eyni dövrdə qeyri-GAAP əsaslı EPS (səhmə düşən mənfəət) 1,79 dollar olub və bu göstərici də ötən illə müqayisədə 21% yüksəlib.

Bulud və Sİ gəlirləri sürətlə artır

Oracle-ın bulud xidmətlərindən əldə etdiyi gəlir (IaaS və SaaS birlikdə) 8,9 milyard dollara çataraq 44% illik artım göstərib. Bu artım əsasən infrastruktura xidmət (IaaS) seqmentində qeydə alınıb.

IaaS gəliri 4,9 milyard dollar olub və 84% artıb. Analitiklər bunu süni intellekt layihələri ilə bağlı iri müqavilələrlə əlaqələndirirlər. Şirkət bu sahədə OpenAI, Meta və xAI kimi texnologiya şirkətləri ilə əməkdaşlıq edir.

Oracle-ın gələcək müqavilələr portfeli olan Remaining Performance Obligations (RPO) isə 553 milyard dollara yüksəlib ki, bu da illik müqayisədə 325% artım deməkdir.

Proqnozlar və investisiya planları

Şirkət 2026-cı maliyyə ilinin dördüncü rübündə gəlirin 19-21% artaraq təxminən 17,9 milyard dollara çatacağını gözləyir. Qeyri-GAAP EPS üçün proqnoz isə 1,96-2,00 dollar aralığındadır.

Oracle eyni zamanda 2027-ci maliyyə ili üzrə gəlir proqnozunu 89 milyard dollardan 90 milyard dollara yüksəldib.

Şirkət süni intellekt infrastrukturu üçün investisiyaları da artırır. 2026-cı ildə kapital xərclərinin 50 milyard dollar səviyyəsində qalacağı və 10 GW-dan çox Sİ hesablama gücü yaratmaq üçün istifadə olunacağı bildirilib.

Bazar reaksiyası

Maliyyə nəticələrinin açıqlanmasından sonra Oracle səhmləri after-hours ticarətdə təxminən 10% yüksəlib. Şirkət həmçinin rüblük dividendini 0,50 dollar səviyyəsinə qaldırdığını açıqlayıb.

Analitiklər hesab edirlər ki, bulud və süni intellekt layihələri üzrə böyük müqavilələr Oracle-un növbəti illərdə gəlir artımının əsas mənbələrindən biri olacaq.