Trump Media 6 milyard dollar ilə süni enerji sahəsinə daxil olur
Trump Media & Technology Group nüvə sintezi üzrə fəaliyyət göstərən TAE Technologies ilə birləşmək barədə razılığa gəlib. Sövdələşmənin dəyəri 6 milyard dollardan çoxdur. Tam səhm əsaslı razılaşmaya görə, birləşmiş şirkətdə hər iki tərəfin səhmdarları tam seyrəldilmiş kapital əsasında təxminən 50 faiz paya sahib olacaq. Əməliyyatın tənzimləyici qurumların və səhmdarların təsdiqindən sonra 2026-cı ilin ortalarında bağlanması gözlənilir.
Birləşmənin məqsədi Trump Media-nın kapitala çıxış imkanlarını TAE Technologies-in qabaqcıl nüvə sintezi texnologiyası ilə bir araya gətirməkdir. Bu addım dünyada ilk açıq şəkildə ticarət olunan sintez enerjisi şirkətlərindən birinin yaranmasına yol aça bilər. Yeni qurum 2026-cı ildə ilk kommersiya miqyaslı sintez elektrik stansiyasının yerləşdirilməsini və tikintisinə başlanmasını planlaşdırır. Hədəf süni intellekt ehtiyaclarını və enerji təhlükəsizliyini dəstəkləyən sabit və əlçatan elektrik istehsalıdır.
İdarəetmə strukturuna əsasən Trump Media-nın icraçı direktoru Devin Nunes və TAE Technologies-in icraçı direktoru doktor Mixl Binderbauer birgə baş icraçı direktor vəzifəsini icra edəcəklər. Maykl B. Şvabın isə direktorlar şurasının sədri təyin olunması gözlənilir. Birləşmiş şirkətin tərkibinə Truth Social, Truth+, Truth.Fi, TAE, TAE Power Solutions və TAE Life Sciences daxil olacaq.
Xəbərin açıqlanmasından sonra Trump Media səhmləri premarket ticarətində 25 faizdən çox yüksəlib. Bu artım investorların sintez enerjisi sahəsində potensial böyüməyə olan marağını əks etdirir.
Teqlər: