Selçuk Bayraktar Azərbaycandakı Bayraktar istehsal müəssisələrinə baş çəkib

Selçuk Bayraktar Azərbaycandakı Bayraktar istehsal müəssisələrinə baş çəkib

Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandakı Bayraktar istehsal müəssisələrinə baş çəkib.

Səfərdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanov da iştirak edib.

Bayraktar hər iki ölkənin müstəqilliyi və ortaq gələcəyi naminə göstərdikləri fədakarlıq və səylərə görə mühəndis-texniki heyəti təbrik edib.

Səfər Azərbaycan və Türkiyə arasında davam edən hərbi-texniki əməkdaşlığı ön plana çıxarır.