ABŞ Braziliya məhsullarına 25 faiz gömrük rüsumu tətbiq edəcək

ABŞ Braziliya məhsullarına 25 faiz gömrük rüsumu tətbiq edəcək

ABŞ Braziliya məhsullarına 25 faiz gömrük rüsumu tətbiq etmək qərarı alıb. ABŞ Ticarət Nümayəndəliyi Prezident Donald Trampın tapşırığı ilə Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində müəyyən Braziliya məhsullarına 25 faiz həcmində əlavə vergi tətbiq olunacağını açıqlayıb.

Qərar təxminən bir il davam edən araşdırmadan sonra qəbul edilib. Araşdırmada Braziliyanın rəqəmsal ticarət, gömrük tarifləri, əqli mülkiyyət hüquqları, etanol bazarına çıxış və meşəsizləşmə ilə bağlı siyasətlərinin ABŞ ticarətinə mənfi təsir göstərdiyi qənaətinə gəlinib. Bu səbəbdən ABŞ həmin Braziliya məhsullarına gömrük rüsumu tətbiq etməklə ticarət balanssızlığını aradan qaldırmağı hədəfləyir.