ABŞ İranla əlaqələrə görə 3 Türkiyə şirkətini sanksiyaya saldı
ABŞ İranla bağlı sövdələşmələrinə görə 3 Türkiyə şirkətinə sanksiya tətbiq edib. Bu addım ABŞ maliyyə nazirinin əvvəlki bəyanatından sonra atılıb. Nazir xəbərdarlıq edib ki, İrana iqtisadi dəstək verən istənilən qurum qara siyahıya salınacaq. Sanksiyalar İrana fayda verə biləcək iqtisadi fəaliyyətləri məhdudlaşdırmağı hədəfləyir.