Avropa İttifaqı mayda 12,1 milyard avro ticarət kəsiri verib
Avropa İttifaqı (Aİ) və Avrozona may ayında xarici ticarətdə kəsir verib. Aİ-nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 215,7 milyard avroya çatıb, idxalı isə 10,8 faiz yüksələrək 227,8 milyard avro olub. Bu proseslər nəticəsində Aİ may ayında 12,1 milyard avro xarici ticarət kəsiri qeydə alıb. Ötən ilin may ayında isə 12,7 milyard avro ticarət profisiti verilmişdi. Ticarətdəki dəyişiklik enerji məhsulları üzrə kəsirin artması, maşın, avtomobil və kimyəvi məhsullar üzrə profisitin azalması ilə əlaqələndirilib.
Avrozonada ixrac may ayında illik müqayisədə 0,1 faiz artaraq 243,6 milyard avroya yüksəlib, idxal isə 10 faiz artımla 251,4 milyard avroya çatıb. Beləliklə, Avrozona may ayında 7,8 milyard avro ticarət kəsiri verib. Ötən ilin eyni ayında isə 15 milyard avro ticarət profisiti əldə edilmişdi.
Aİ ölkələri arasında may ayında ən çox idxal edilən ölkələr 40,8 milyard avro ilə ABŞ, 29,9 milyard avro ilə Böyük Britaniya, 19,9 milyard avro ilə İsveçrə, 15,5 milyard avro ilə Çin və 8,5 milyard avro ilə Türkiyə olub. Aİ-nin ən çox ixrac həyata keçirdiyi ölkələr isə 46,3 milyard avro ilə Çin, 32,9 milyard avro ilə ABŞ, 14,5 milyard avro ilə Böyük Britaniya, 12,5 milyard avro ilə İsveçrə, 10,2 milyard avro ilə Norveç və 8,5 milyard avro ilə Türkiyə kimi sıralanıb.
Teqlər: