Çinin avtomobil ixracı dayanmadan böyüməyə davam edir
Çin avtomobil ixracı 2026-cı ilin birinci yarısında 5,096 milyon ədədə çataraq ötən ilin eyni dövrü ilə müqayisədə yüzde 65,3 artıb. Bu artım tempi davam edərsə, Çin ilin sonunda 10 milyon avtomobil ixracı səviyyəsini keçə bilər. Daha əvvəl 2030-cu ildə çatılacağı gözlənilən bu hədəf, mövcud məlumatlara görə, dörd il önə çəkilmiş görünür.
Çin avtomobil sektorunda ixrac payı da yüksəlib. Geely, SAIC və BYD kimi böyük istehsalçıların satışlarının müvafiq olaraq yüzde 33,3, 34,6 və 43,7'si xarici bazarlara yönəlib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Məsələn, Chery ümumi 1,357 milyon avtomobil satışının təxminən yüzde 70’ini ixrac hesabına həyata keçirib.
Lakin Çin avtomobil ixracının qarşısında ticarət siyasətləri səbəbindən çətinliklər var. Xüsusilə gömrük rüsumları, yerli istehsal şərtləri və investisiya öhdəlikləri şirkətlərin planlarına təsir göstərməyə davam edir. Türkiyə bu məsələdə önə çıxan ölkələr arasında yer alır. 2026-cı ilin birinci rübündə Türkiyəyə Çin mənşəli avtomobil satışları 15 min ədəddə qalıb, ötən ilin eyni dövrü ilə müqayisədə yüzde 12,8 azalma və bazar payında geriləmə qeydə alınıb. Türkiyə elektrikli avtomobillərə yüzde 40 əlavə vergi tətbiq etmiş və sonradan bunu daxiliyanma mühərrikli və hibrid avtomobilləri də əhatə edəcək şəkildə genişləndirmişdi. Yeni tənzimləmələrlə Türkiyədə istehsal quracaq şirkətlərə əlavə vergi güzəştləri verilir.
BYD şirkəti Türkiyədə illik 150 min avtomobil istehsal gücünə malik zavod və tədqiqat-inkişaf mərkəzinə investisiya planlaşdırmışdı. Lakin bu investisiya dayandırılıb və təşviqlər kəsilib. Avropa İttifaqı da Çin avtomobillərinə standart yüzde 10 gömrük rüsumuna əlavə olaraq marka üzrə cərimə xarakterli rüsumlar tətbiq edərək ixracı çətinləşdirir. Bu əlavə rüsumlar yüzde 17 ilə yüzde 35,3 arasında dəyişir.
Teqlər: