Kanada və Türkiyə azad ticarət sazişi üzrə danışıqlara başlayıb
Kanada və Türkiyə azad ticarət sazişi üzrə rəsmi danışıqlara başlayıb. Hər iki ölkənin texniki qrupları sazişin əhatə dairəsini və məqsədlərini müəyyənləşdirəcək, qarşıdakı aylarda keçirilməsi planlaşdırılan ilk danışıqlar raunduna hazırlıq görəcək.
Açıqlama Ankaradakı Prezident Kompleksində keçirilən 36-cı NATO Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Kanadanın Baş naziri Mark Karni arasında baş tutan görüşdən sonra verilib. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, həmçinin prezidentin təhlükəsizlik və xarici siyasət üzrə müşaviri Akif Çağatay Kılıç iştirak edib.