Türkmənistan prezidenti Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Tərəflər iki ölkə dövlət başçıları arasında yaxın dostluq münasibətlərini vurğulayıb və Prezident Berdiməhəmmədovun Azərbaycana son səfərinin ikitərəfli əlaqələrə yeni impuls verdiyini qeyd ediblər.
Görüşdə biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi, eləcə də regional iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.