ABŞ İrana neft sanksiyalarını müvəqqəti yumşaldıb
ABŞ Xəzinədarlığı İrana qarşı müvəqqəti ümumi lisenziya yayımlayaraq İran mənşəli xam neft, neft-kimya və neft məhsullarının istehsalı, daşınması və satışına 21 avqust 2026-cı il tarixinədək icazə verib. Bu qərar ABŞ ilə İran arasında diplomatik danışıqların və Hörmüz boğazında gərginliyin azaldılmasına yönələn addımların nəticəsi kimi qiymətləndirilir.
ABŞ Xəzinədarlıq naziri Scott Bessent İsveçrədə davam edən görüşlərin məhsuldar keçdiyini bildirərək, İranın Hörmüz boğazında sərbəst keçidi təmin etməyi və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərinin girişinə icazə verməyi öhdəsinə götürdüyünü açıqlayıb. Bu öhdəliklərə uyğun olaraq 60 günlük müvəqqəti lisenziya verilib.
ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən yayımlanan ümumi lisenziya İran mənşəli neft və neft məhsulları ilə bağlı normalda qadağan edilən bütün əməliyyatlara müvəqqəti güzəşt təmin edir. Qərarın qlobal neft təchizatında qısamüddətli rahatlama yaratması gözlənilir.
Teqlər: