AÇG və Şahdənizdən 679.8 milyon ton neft hasil edilib
Energetika Nazirliyinin məlumatına görə, istismara verildiyi vaxtdan 1 iyul 2026-cı ilədək Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından qaz kondensatı daxil olmaqla, təxminən 679.8 milyon ton neft hasil edilib. Bu dövrdə yataqlardan ümumilikdə 529.6 milyard kubmetr qaz da əldə olunub.
Konkret olaraq, AÇG yatağından indiyədək 625.6 milyon ton neft və 251.1 milyard kubmetr qaz hasil edilib. Şahdəniz yatağından isə hesabat dövründə təxminən 54.2 milyon ton kondensat, həmçinin 278.5 milyard kubmetr qaz əldə olunub.
Teqlər: