Aramco rəhbəri: İran müharibəsi neft bazarları üçün “fəlakətli” ola bilər
Saudi Aramco şirkətinin baş direktoru Amin Nasser İran müharibəsinin uzanmasının qlobal neft bazarları üçün “fəlakətli nəticələr” yarada biləcəyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə əsas risk Hörmüz boğazında yaranan pozuntularla bağlıdır. Bu strateji marşrut vasitəsilə dünya üzrə neft tədarükünün təxminən 17-20%-i daşınır və bölgədəki hər hansı uzunmüddətli blokada qlobal enerji bazarlarında ciddi şok yarada bilər.
Nasser bildirib ki, hazırda bazarda təxminən 180 milyon barel həcmində neft daşınmasının gecikməsi müşahidə olunur. Bundan əlavə, qlobal neft ehtiyatları son beş ilin ən aşağı səviyyələrindən birinə yaxınlaşıb.
Aramco rəhbərinin sözlərinə görə Hörmüz boğazında yaranan problemlər yalnız neft sektoruna deyil, eyni zamanda dəniz daşımaları, sığorta, aviasiya, kənd təsərrüfatı və avtomobil sənayesinə də zəncirvari təsir göstərə bilər.
Bu arada dünyanın ən böyük neft emalı komplekslərindən biri olan Ras Tanura neft emalı zavodu yaxın günlərdə dron hücumundan sonra yenidən fəaliyyətə başlayıb.
Səudiyyə Ərəbistanı ixracın bir hissəsini East-West Pipeline vasitəsilə Qırmızı dəniz istiqamətinə yönləndirməyə çalışsa da, bu marşrutun ötürmə qabiliyyəti bütün həcmləri əvəz etmək üçün kifayət etmir.
Bazar reaksiyasına gəlincə gərginliyin qismən azalması fonunda Brent markalı neftin qiyməti son günlərdə 119 dollardan 92 dollar/barel səviyyəsinə qədər geriləyib. Bununla belə ilin əvvəlindən etibarən qiymətlər hələ də təxminən 55% yüksək qalır.
Teqlər: