Avropa İttifaqı Rusiya enerjisində prioritet deyil

Avropa İttifaqı Rusiya enerjisində prioritet deyil

Rusiya Prezidentinin investisiya və xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev Avropa İttifaqının Rusiya enerji resursları üzrə prioritet siyahının sonunda yer aldığını bildirib.

Aİ enerji növbəsində geri qalır

Dmitriev sosial şəbəkədə paylaşımında “Avropa İttifaqı növbənin sonundadır” ifadəsini işlədib. O, bu açıqlamanı BRICS News hesabının Vyetnamın Baş naziri Pham Minh Chinh-in Rusiyaya səfəri ilə bağlı paylaşımına şərh olaraq verib.

Rusiya-Vyetnam əməkdaşlığı güclənir

Vyetnamın Rusiyadakı səfiri Dang Minh Khoi isə bildirib ki, Pham Minh Chinh-in səfəri iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.

Diplomat qeyd edib ki, xüsusilə ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi planlaşdırılır.

Yeni enerji layihələri gözlənilir

Səfirin sözlərinə görə,səfər çərçivəsində atom elektrik stansiyaları layihələri və enerji əməkdaşlığı ilə bağlı bir sıra mühüm sazişlərin imzalanması gözlənilir.

Bu proses Rusiyanın enerji resurslarını alternativ bazarlara yönləndirmək strategiyasının davamı kimi qiymətləndirilir.

Teqlər: