Azərbaycanın qaz ixracı 2026-cı ilin I rübündə 6.1% artıb
2026-cı ilin yanvar-mart dövründə Azərbaycan təbii qaz ixracını artıraraq ümumilikdə 6.257 milyard kubmetr səviyyəsinə çatdırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6.1% artım deməkdir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən ixrac edilən təbii qazın ümumi dəyəri isə azalaraq 1.833 milyard ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 16.9% azalma deməkdir.
2025-ci ilin ilk üç ayında isə Azərbaycanın qaz ixracı 5.889 milyard kubmetr olmuş və həmin dövrdə ixracın dəyəri 2.206 milyard dollar səviyyəsində qeydə alınmışdı.
Məlumatlar göstərir ki, ixrac həcmi artsa da, beynəlxalq bazarda qiymət dəyişiklikləri qaz ixracından əldə olunan gəlirlərin azalmasına səbəb olub.
Teqlər: