Azeri Light bahalaşıb
İstinad edilən indekslər:
Azərbaycanın Azeri Light markalı xam neftinin qiyməti dünya bazarlarında artıb. Bir barelin qiyməti $1.24 və ya 1.67% yüksələrək $75.60-a çatıb. Bundan əvvəl qiymət $74.36 təşkil edib.
Azərbaycanın 2026-cı il dövlət büdcəsi Azeri Light markalı xam neftin bir bareli üçün orta qiymətin $65 olması əsasında hesablanıb.