Azeri Light nefti ardıcıl olaraq ucuzlaşmağa davam edir
Azərbaycan nefti Azeri Lightın qiyməti dünya bazarlarında ucuzlaşıb. Bir barelin qiyməti 3.38%, yaxud $4.24 azalaraq $76.38 təşkil edib. Əvvəlki qiymət bir barel üçün $79.76 olub. Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində Azeri Light xam neftinin orta qiyməti bir barel üçün $65 səviyyəsində müəyyən edilib.