Azeri Light nefti ucuzlaşıb
Dünya bazarında neft qiymətlərində azalma fonunda Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti də aşağı düşüb.
İtaliyanın Augusta limanında CIF bazası üzrə Azərbaycan neftinin bir bareli əvvəlki göstərici ilə müqayisədə 5,55 ABŞ dolları və ya 4,68% ucuzlaşaraq 113,01 dollara enib.
Türkiyənin Ceyhan limanında FOB bazasında isə “Azeri Light” neftinin qiyməti 5,11 dollar və ya 4,48% azalaraq 108,93 dollar təşkil edib.
Qlobal bazarda digər əsas etalon markalarda da eniş müşahidə olunub. “URALS” markalı xam neftin qiyməti 6 dollar və ya 6,81% azalaraq 82,15 dollar/barel olub. Şimal dənizi üzrə “Dated Brent” markalı neftin iyun fyuçersləri isə 8,17 dollar və ya 6,55% ucuzlaşaraq 116,55 dollar/barel səviyyəsində ticarət edilib.
Bununla belə Azərbaycan üçün neft qiymətləri hələ də büdcə proqnozlarından xeyli yüksəkdir. Belə ki, 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel səviyyəsində nəzərdə tutulub.
Tarixi göstəricilərə görə “Azeri Light” markalı neftin ən aşağı qiyməti 21 aprel 2020-ci ildə 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Teqlər: